...

ABŞ-nin 20 ştatı Tramp Administrasiyasını məhkəməyə verib

Dünya xəbərləri Materials 17 İyul 2025 23:16 (UTC +04:00)
ABŞ-nin 20 ştatı Tramp Administrasiyasını məhkəməyə verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin 20 ştatı, potensial təbii fəlakətlərdən qorunmağa yönəlmiş federal qrant proqramının ləğvinin qarşısını almaq məqsədilə Donald Tramp Administrasiyasını məhkəməyə verib.

Trend xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Ştatlar iddia edirlər ki, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) tərəfindən həyata keçirilən “Dayanıqlı İnfrastruktur və İcmaların Qurulması” proqramının birtərəfli şəkildə bağlanması qanunsuzdur və federal səlahiyyətlərin bölünməsi prinsiplərini pozur.

İddia ərizəsində qeyd olunur:

“Təbii fəlakətlərin nəticələrini yumşaltmaq üçün FEMA-nın flaqman proqramını birtərəfli qaydada ləğv etməklə müttəhimlər səlahiyyətlərini aşaraq qanunsuz hərəkət etmişlər.”

Xatırladaq ki, aprel ayında FEMA bu proqramın bağlandığını elan etmişdi. Qurum bəyanatında bildirmişdi ki, bu cür “israf və siyasiləşmiş xərclərə” son qoyulur və agentlik əsas missiyasına – təhlükə altında olan amerikalılara fəlakətlərdən sonra yardım göstərmək – yönəlir.

Ştatlar isə bildirirlər ki, proqramın ləğvi, iqlim riskləri fonunda, uzunmüddətli fəlakətlərin qarşısının alınması və infrastrukturun möhkəmləndirilməsi üçün ciddi təhlükə yaradır.

Xəbər lenti

Xəbər lenti