Bakı. Trend:
Böyük Britaniya hökuməti seçki sistemində islahatlar çərçivəsində 16 və 17 yaşlı gənclərə səsvermə hüququ vermək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayıb.
Yeni təşəbbüsün məqsədi gənclərin siyasi proseslərdə iştirakını artırmaq, dəyişən dünyada demokratik iştirakçılığı gücləndirmək və Böyük Britaniyada demokratiyaya olan inamı bərpa etməkdir.
Qeyd edək ki, indiyədək Birləşmiş Krallıq üzrə seçkilərdə səsvermə hüququ yalnız 18 yaşdan yuxarı vətəndaşlara aid idi. Lakin Şotlandiya və Uelsdə artıq bir müddətdir ki, 16 yaşdan etibarən gənclərə səsverməyə icazə verilir.
Yeni qanunvericilik təşəbbüsünün ölkə miqyasında tətbiq ediləcəyi gözlənilir.