Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, Qəzzada yerləşən Müqəddəs Ailə kilsəsinin vurulması ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livit məlumat verib.
Onun sözlərinə görə, Prezident Tramp hücumdan məyus olduğunu ifadə edib və baş verənlərə müsbət reaksiya verməyib.
Kerolayn Livit bildirib ki, Baş nazir Netanyahu telefon danışığı zamanı Trampa kilsənin vurulmasının səhv olduğunu etiraf edib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.