...

Məşhur avstriyalı paraşütçü Feliks Baumqartner vəfat edib

Dünya xəbərləri Materials 18 İyul 2025 03:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur avstriyalı paraşütçü Feliks Baumqartner İtaliyada paraplan qəzası nəticəsində dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə məlumatı “La Repubblica” nəşri yayıb.

Hadisə zamanı Baumqartner paraplan üzərində nəzarəti itirərək hovuzun üzərinə düşüb və orada bir qadınla toqquşub. Qadın xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Baumqartner isə yıxıldıqdan sonra huşunu itirib və daha sonra ürəyi dayanıb.

56 yaşında olan idmançı 2012-ci ildə heliumla doldurulmuş hava şarına bağlanmış xüsusi kapsuldan təxminən 39 kilometr yüksəklikdən tullanması ilə dünya şöhrəti qazanmışdı.

Baumqartner ekstremal idman növləri ilə məşğul olan və rekordlar qıran məşhur idmançı kimi tanınırdı.

Xəbər lenti

Xəbər lenti