Bakı. Trend:
İyulun 17-də Fransa Seneqalda yerləşən son iki hərbi obyektini rəsmi olaraq yerli hakimiyyətə təhvil verib və bununla da ölkədə 1960-cı ildən bəri davam edən daimi hərbi mövcudluğunu başa çatdırıb.
Trend xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Seneqalın paytaxtı Dakarda son 350 fransız əsgərinin ölkədən çıxarılması münasibətilə rəsmi mərasim təşkil olunub.
Bununla da Fransa, Qərbi və Mərkəzi Afrikadakı keçmiş müstəmləkələrindən qoşunlarını çıxarmaq siyasətini davam etdirir. Paris 2022-ci ildən etibarən regionda hərbi mövcudluğunu tədricən azaltmağa başlayıb.
Hazırda Mərkəzi Afrikada Fransa ordusunun yalnız Qabonda, yerli silahlı qüvvələrlə ortaq istifadə etdiyi bir bazası fəaliyyət göstərir.
Bundan başqa, Fransa hərbi qüvvələri Cibutidə də xidmətini davam etdirir.