...

Suriyanın parçalanmasına imkan verməyəcəyik - Rəcəb Tayyib Ərdoğan

Dünya xəbərləri Materials 18 İyul 2025 01:19 (UTC +04:00)
Suriyanın parçalanmasına imkan verməyəcəyik - Rəcəb Tayyib Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən mətbuat konfransında regiondakı proseslərlə bağlı mühüm açıqlamalar verib.

Trend xəbər verir ki, dövlət başçısı Suriyada baş verən hadisələrə xüsusi diqqət ayıraraq, Türkiyənin regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər gördüyünü bildirib.

Ərdoğanın sözlərinə görə, Suriya məsələsi Ankaranın regional siyasətində əsas prioritetlərdən biridir:

“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin bu istiqamətdə inkişafına imkan verməyəcəyik. Sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.

Türkiyə Prezidenti həmçinin bu gün Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da açıqlayıb:

“Biz Suriyada qan tökülməsinin dayandırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Əminəm ki, Suriya Əl Şaraa kimi güclü liderin rəhbərliyi altında bu çətinliklərin də öhdəsindən gələcək”.

Ərdoğan əlavə edib ki, Türkiyənin heç bir ölkəyə qarşı düşmən mövqeyi yoxdur və Ankara başqa dövlətlərin hüquq və suverenliyini pozmaq niyyətində deyil.

“Yeganə arzumuz regionda sakitlikdir. Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına bundan sonra da töhfə verməyə hazırdır”, – deyə Prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti