...

Konfrans Liqası: "Sabah" Moldovanın “Petrokub” klubu ilə qarşılaşacaq

İdman Materials 18 İyul 2025 01:38 (UTC +04:00)
Konfrans Liqası: "Sabah" Moldovanın “Petrokub” klubu ilə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasında mübarizəsini dayandıran Azərbaycan kubokunun qalibi “Sabah” komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” klubu ilə qarşılaşacaq.

Trend xəbər verir ki, ilk oyun iyulun 24-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

“Petrokub” turnirin I təsnifat mərhələsində Malta təmsilçisi “Birkirkara” üzərində 0:1 (səfərdə məğlubiyyət), 3:0 (evdə qələbə) nəticəsi ilə üstünlük qazanıb.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” komandası ilə qarşılaşmada 2:3 və 3:3 hesabları ilə məğlub olaraq turnirlə vidalaşıb.

Xəbər lenti

Xəbər lenti