Bakı. Trend:
Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor uzun fasilədən sonra UFC-yə dönüşünü elan edib.
Trend xəbər verir ki, Makqreqor bu qərarını ABŞ Prezidenti Donald Trampın UFC ilə bağlı Ağ Evdə keçirməyi planlaşdırdığı tədbirdə iştirak etmək məqsədilə verdiyini bildirib.
Makqreqor bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib:
“Mən pula (UFC dopinq testi) qayıtdım. Hazır olun. Zərər vurulacaq. Oval Ofis. Ağ Evin qazonu.”
İrlandiyalı döyüşçü sonuncu dəfə 2021-ci ilin 10 iyul tarixində oktaqona çıxıb. Həmin döyüşdə o, Dastin Poryeyə qarşı mübarizədə ayağından aldığı ciddi zədə səbəbindən texniki nokautla uduzmuşdu.
Makqreqorun UFC karyerasında ümumilikdə 28 döyüşü olub – 22 qələbə, 6 məğlubiyyət.
Qeyd edək ki, UFC ilə Donald Tramp arasında uzunmüddətli dostluq və dəstək münasibətləri mövcuddur. Tramp tez-tez UFC tədbirlərində iştirak edir və tanınmış döyüşçülərlə görüşlər keçirir. Makqreqorun bu tədbirdəki iştirakı UFC və Ağ Ev arasında növbəti simvolik əməkdaşlıq kimi dəyərləndirilir.