Bakı. Trend:
ABŞ-nin Tennessi ştatında tək mühərrikli Mooney M20TN təyyarəsi qəzaya uğrayıb.
Trend xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub.
Hadisə günorta radələrində Uayt qraflığında uçuş-enmə zolağından bir mil cənubda baş verib.
Faktla bağlı araşdırma aparılır.