...

Azərbaycan qarğıdalı idxalını 19%-ə yaxın artırıb

İqtisadiyyat Materials 27 Aprel 2025 04:08 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycana 36 024 ton qarğıdalı idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 10 milyon 965 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 701 ton (18,8 %), dəyər baxımından isə 393 min ABŞ dolları (3,7 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti