Bakı. Trend:
Omanda keçirilən İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar dolayı danışıqların 3-cü raundu başa çatıb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, ekspert və mütəxəssislər tələblər və gözləntilər haqda detallara daxil olublar. Ekspertlər arasında dolayı şəkildə təşkil olunan texniki müzakirələr öz dövlətləri ilə məsləhətləşməyə ehtiyac duyulduğu üçün başa çatıb.
Qeyd edək ki, bu gün İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı müzakirələrin 3-cü raundu Omanın vasitəçiliyi ilə Omanda keçirilib.
Xatırladaq ki, 19 apreldə İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasında danışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib.
Əlavə edək ki, 12 apreldə Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir.
xxx
12:30
İran və ABŞ arasında dolayı yolla nüvə danışıqlarının 3-cü raundu bu gün (26 aprel) Oman Krallığı paytaxtı Məsqətdə başlayıb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, nüvə danışıqlarında İranın nümayəndə heyətinə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılıq edir.
3-cü raundda İran və ABŞ arasında eksperltər də texniki məsələlər üzrə danışıqlar aparılacaq. Danışıqlarda İran əleyhinə tətbiq olunan sanksiyaların ləğvi və İranın nüvə proqramının diqqət mərkəzində saxlanıldığı bildirilir.
Qeyd edək ki, 19 apreldə İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasında danışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib. Danışıqların 3-cü turu bu gün Məsqətdə keçiriləcək.