...

Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə danışıqların növbəti raundu keçiriləcək

Dünya xəbərləri Materials 27 Aprel 2025 18:09 (UTC +04:00)
Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə danışıqların növbəti raundu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton və Tehran arasında İranın nüvə proqramı üzrə danışıqların növbəti raundu yaxın iki həftə ərzində Omanın vasitəçiliyi ilə Avropa ölkələrinin birində baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadla xəbər yayıb.

Mənbələrdən biri bildirib ki, ABŞ tərəfi İranın təkliflərini təhlil etmək üçün vaxta ehtiyacı olduğunu vurğulayıb və əlavə edib ki, Vaşinqton danışıqları ABŞ-yə daha yaxın və daha əlverişli bir yerdə aparmaqda maraqlıdır.

Qeyd edək ki, ABŞ və İran arasında dialoqun üçüncü raundu şənbə günü Maskatda başa çatıb.

Xəbər lenti

Xəbər lenti