...

Azərbaycan düyü idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

İqtisadiyyat Materials 26 Aprel 2025 22:30 (UTC +04:00)
Azərbaycan düyü idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycana 17 min 558 ton düyü idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 16 milyon 912 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 404 ton (7,4 %) çoxdur, dəyər baxımından isə 3 milyon 133 min ABŞ dolları (15,6 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti