...

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına dair hazırlıqlar tamamlanıb

Siyasət Materials 27 Aprel 2025 23:28 (UTC +04:00)
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına dair hazırlıqlar tamamlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxsdən qisas (edam) alınmasına dair ölkənin Ali Məhkəməsi tərəfindən məhkəmə istintaqının aparılması, ilkin hökmün çıxarılması və hökmün yekun təsdiqi prosesi başa çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın Ədliyyə Sisteminin nümayəndəsi Əsgər Cahangir deyib.

"Adıçəkilən şəxsə qarşı qisas hökmünün icrası ilə bağlı bütün hazırlıqlar və proses tamamlanıb və məhkəmə sistemi bu hökmü icra etməyə hazırdır", - deyə o bildirib.

Bildirdi ki, ölkədə qəbul edilmiş və qüvvədə olan qanuna əsasən, hökmün icrası üçün mərhumun valideynləri və ya vəkili qisas almaq üçün məhkəmə sistemində vəsatət qaldırmalı və ya icra günü orada olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti