...

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2025 12:26 (UTC +04:00)
Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1250-dən çox ağac əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti