...

İran prezidentinin Azərbaycana səfəri əlaqələri daha da möhkəmləndirmək məqsədini daşıyır – iranlı ekspert

Siyasət Materials 27 Aprel 2025 12:36 (UTC +04:00)
İran prezidentinin Azərbaycana səfəri əlaqələri daha da möhkəmləndirmək məqsədini daşıyır – iranlı ekspert
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirmək məqsədini daşıyır.

Bunu Trend-ə açıqlamasında iranlı ekspert Fərşid Baqerian deyib.

Onun sözlərinə görə, İranda yeni hökumətin iqtidara gəlişi və bir azərbaycanlının İran prezidenti seçilməsi qonşu ölkələrlə münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Bu da ümumilikdə türk dünyasını müəyyən ölçüdə hərəkətə gətirib.

Baqerian deyib ki, nəticə etibarı ilə Məsud Pezeşkianın Azərbaycana səfəri ilə əlaqələrin daha da yüksələcəyini söyləmək olar: "Bu arada İran prezidentinin qonşu ölkələr arasında İraqdan sonra rəsmi səfər üçün Azərbaycanı seçməsi böyük əhəmiyyət kəsb edir. Hətta Pezeşkian İran və ABŞ arasında dolayı nüvə müzakirələrinin keçirildiyi Omana səfər etməyib".

“Məlumdur ki, İran və ABŞ arasında müzakirələr davam edir. Hər iki ölkə arasında bir-birinə inamsızlıq var. Bu inamsızlıq çərçivəsində İran qonşu ölkələrlə münasibətləri yüksəltmək niyyətindədir. Fikrimcə, İranın Azərbaycanla əlaqələri artıq inkişaf istiqamətində hərəkət edir”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldə Azərbaycana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti