...

Qətər atəşkəs razılaşmasına qayıtma istiqamətində irəliləyiş görür

Dünya xəbərləri Materials 27 Aprel 2025 19:10 (UTC +04:00)
Qətər atəşkəs razılaşmasına qayıtma istiqamətində irəliləyiş görür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətər, İsrail və Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasına qayıtması istiqamətində irəliləyiş müşahidə edir.

Trend-in məlumatına görə, bu barədə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib. O, aprelin 24-də tərəflərin atəşkəs danışıqları ilə bağlı mövqelərinin yaxınlaşdırılmasında müəyyən irəliləyiş olduğunu qeyd edib.

Xarici İşlər naziri tərəflərin mövqelərini şərh edərək, HƏMAS-ın İsrailin rədd edə biləcəyi şərtlərlə məhbusların əvəzində bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, İsrail, Qəzzada müharibəni dayandırmaq perspektivi olmadan bütün girovları azad etmək istəyir.

Xəbər lenti

Xəbər lenti