...

Tehranda güclü fırtına nəticəsində 6 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 27 Aprel 2025 22:24 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın paytaxtı Tehranda güclü fırtına nəticəsində indiyədək 6 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu Tehran vilayəti Təcili Yardım İdarəsinin sözçüsü Şervin Təbrizi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 3 nəfərə hadisə yerində ambulator xidmət göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

İdarə rəsmisi xəsarət alanların sayının arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, bu gün Tehranda güclü fırtına nəticəsində havanın çirkliliyi normanı keçib və qeyri-sağlam vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti