Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Amerikanın hərbi və ticarət gəmiləri üçün Panama və Süveyş kanallarından keçidi pulsuz etməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Amerikanın həm hərbi, həm də ticarət gəmilərinin Panama və Süveyş kanallarından pulsuz keçməsinə icazə verilməlidir. Amerika Birləşmiş Ştatları olmadan bu kanallar mövcud olmazdı” - o qeyd edib.