Bakı. Trend:
Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Elazığ vilayətinin Sivrice rayonunda qeydə alınıb. Yeraltı təkanlarının ocağı 11,31 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur.