Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
Trend xəbər verir ki, XXXIV turun bağlanış oyununda doğma meydanda “Tottenhem”i 5:1 hesabı ilə məğlub edən “Liverpul” sona 4 tur qalmış ölkə çempionu olub.
Mersisayd təmsilçisinin qollarını Luis Dias, Aleks MakAllister, Kodi Qakpo, Məhəmməd Salah və Destini Udogi (avtoqol) vurublar. Qonaq komandadan isə Dominik Solanke fərqlənib.
Bu qələbə ilə xallarını 82-yə çatdıran “Liverpul” ən yaxın izləyicisi “Arsenal”ı 15 xal qabaqlayır. “Tottenhem” isə 37 xalla 16-cı pillədə qərarlaşıb.