Bakı. Trend:
Azərbaycanda “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında” milli texniki reqlamentin hazırlanması üçün tələb olunan standartlar hazırlanacaq.
Trend xəbər verir ki, bununla bağlı Energetika Nazirliyi müvafiq işləri yekunlaşdırıb.
Nazirlik sözügedən standartın hazırlanması ilə bağlı Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə müqavilə bağlayıb.
Eyni zamanda, AZSTAND bu ilin sonunadək qeyd olunan standartı hazırlayıb təhvil vermək öhdəliyini götürüb.
Müqaviləyə əsasən, AZSTAND-a 56 229 manat vəsait ödənilib.