Bakı. Trend:
İyulun 1-dən etibarən Belarusda boz ayıların ovuna rəsmi icazə veriləcək.
Trend xəbər verir ki, bu barədə ölkənin Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qərar 1991-ci ildən bəri ilk dəfə olaraq bu heyvanların sayında əhəmiyyətli artım müşahidə olunması ilə əlaqədar qəbul edilib. Ov mövsümü dekabrın 31-dək davam edəcək.
Qaydalara əsasən, ayı ovunda yalnız ən azı üç il təcrübəsi olan ovçular iştirak edə biləcəklər.
Nazirlikdən bildirilib ki, bu tədbir yerli əhali ilə ayılar arasında toqquşmaların qarşısını almağa yönəlib.