Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşərək danışıqlar aparacaq.
Trend xəbər verir ki, bu barədə “Associated Press” agentliyi və “Axios”un müxbiri Barak Ravid məlumat yayıblar.
Gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb, lakin tərəflərin əsasən İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə etməsi gözlənilir.