...

İtaliya 2026-2028-ci illərdə 497 550 iş vizası verməyi planlaşdırır

Dünya xəbərləri Materials 1 İyul 2025 04:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya hökuməti 2026-2028-ci illərdə Avropa İttifaqından kənar ölkələrin vətəndaşlarına 497 550 yeni iş vizası vermək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bu plan qanuni immiqrasiyanı genişləndirmək və işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq strategiyasının bir hissəsidir.

Təsdiq olunmuş kvotalara əsasən, 2026-cı ildə 164 850 əcnəbi işçinin ölkəyə daxil olmasına icazə veriləcək. Kvota həmkarlar ittifaqı təşkilatlarının müraciətləri və əvvəlki müraciətlər üzrə məlumatlar nəzərə alınmaqla formalaşdırılıb.

Kənd Təsərrüfatı Birliyi Coldiretti qərarı dəstəkləyərək, bu addımı kənd təsərrüfatı və qida sənayesinin sabitliyi üçün vacib sayıb.

Qeyd edək ki, bu, Corcia Meloni kabinetinin ikinci immiqrasiya təşəbbüsüdür; əvvəllər 2023-2025-ci illər üçün hökumət 450 mindən çox iş icazəsi verməyi planlaşdırırdı.

Xəbər lenti

Xəbər lenti