...

İl sonuna kimi 5 Sosial Xidmət Mərkəzi açılacaq

Cəmiyyət Materials 30 İyun 2025 11:32 (UTC +04:00)
İl sonuna kimi 5 Sosial Xidmət Mərkəzi açılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İl sonuna kimi 5 Sosial Xidmət Mərkəzinin açılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatdırılacaq.

"Agentliyin prioritetlərindən ən əsası sosial xidmətlər şəbəkəsinin genişləndirilməsidir.

Sosial sifarişlər çərçivəsində təşkil olunan əlilliyi müəyyən edilmiş uşaqların sosial reabilitasiyası mərkəzlərinin və günərzi qayğı mərkəzlərinin sayının illər üzrə artırılması ilə 30-dan 45-ə çatdırılmasını planlaşdırılır"- deyə sədr əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti