Bakı. Trend:
Gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.
Trend xəbər verir ki, bu barədə “Formula-1”in rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, buna səbəb sentyabrın 27-si tarixinin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.
Bununla əlaqədar Bakıdakı yarış sentyabrın 24, 25 və 26-da keçiriləcək.
Məlumatı Bakı Şəhər Halqasından Trend-ə təsdiqləyiblər.
Xatırladaq ki, əvvəlki məlumatda yarışın 25, 26 və 27 sentyabr tarixlərində keçiriləcəyi bildirilib.