...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 30 İyun 2025 15:21 (UTC +04:00)
Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib. Tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti