Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın XİN mətbuat katibi Ani Bədəlyan açıqlayıb.
“Erməni tərəfinin mövqeyində dəyişiklik yoxdur. Ermənistan o iclasda iştirak etməyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, KTMT xarici işlər nazirləri şurasının iclası bu gün (30 iyun –red.) Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, rəsmi İrəvanın KTMT-nin fəaliyyətində iştirakını dondurduğunu belə ki, təşkilatın respublikanın suverenliyi üçün təhdidlər yaratdığını bəyan etmişdi.