...

ABŞ NATO müttəfiqlərinə 2024-cü ildə 21 milyard dollarlıq silah satıb

Dünya xəbərləri Materials 29 İyun 2025 05:26 (UTC +04:00)
ABŞ NATO müttəfiqlərinə 2024-cü ildə 21 milyard dollarlıq silah satıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin NATO-dakı müttəfiqləri 2024-cü il ərzində təxminən 21 milyard dollar dəyərində müxtəlif silah və hərbi texnika alıblar.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker yazılı bəyanat yayıb.

Uitaker bildirib ki, ABŞ müdafiə sənayesi və silah istehsalı sahəsindəki texnoloji üstünlüyü ilə müttəfiqlərini qabaqlayır. Onun sözlərinə görə, süni intellekt və digər qabaqcıl texnologiyalarla silahlanmış Amerikan texnologiyalarına güvənmək, alyansın çəkindirmə qabiliyyətini artırmaq baxımından vacibdir.

Xatırladaq ki, iyunun 24–25-də Haaqada keçirilən NATO sammitinin yekun sənədində təşkilatın üzv ölkələri müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5%-ə qədər artırmaq barədə razılığa gəliblər. Bu qərar, alyansın kollektiv müdafiə qabiliyyətini gücləndirməyə yönəlib.

Xəbər lenti

Xəbər lenti