...

Nazir Məcnun Məmmədov İtaliyada şərabçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 28 İyun 2025 19:31 (UTC +04:00)
Nazir Məcnun Məmmədov İtaliyada şərabçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Lazio regionunda yerləşən Məşhur “Castel DePaolis” şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Trend xəbər verir ki, nümayəndə heyəti şərabçılıq müəssisəsinin üzüm sahələrinə baş çəkib, müasir istehsal texnologiyaları və keyfiyyətə nəzarət mexanizmləri ilə maraqlanıb.

Heyət üzvlərinə müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi barədə məlumat verilib.

Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, iki ölkənin biznes subyektləri arasında aqrar sahədə təcrübə mübadiləsi, ekoloji dayanıqlı istehsal və ixrac potensialının artırılması məsələləri müzakirə olunub. Tərəflər kiçik və orta həcmli şərab istehsalçılarının dəstəklənməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparııblar.

Xəbər lenti

Xəbər lenti