...

Fransada çimərlik və parklarda siqaret çəkmək qadağan olunur

Dünya xəbərləri Materials 28 İyun 2025 20:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada 29 iyun bazar günündən etibarən çimərliklərdə, parklarda, ictimai bağlarda və avtobus dayanacaqlarında siqaret çəkmək qadağan ediləcək.

Trend-in məlumatına görə, bu barədə AFP agentliyi xəbər yayıb.

Fransa hökumətinin şənbə günü rəsmi qəzetdə dərc etdiyi sərəncama əsasən, qadağa həmçinin kitabxanalar, hovuzlar və məktəblərin yaxınlığındakı əraziləri də əhatə edir.

Yeni tədbir uşaqları passiv siqaret tüstüsündən qorumaq məqsədi daşıyır.

Qaydaları pozan şəxslər 135 avro məbləğində cərimə olunacaqlar.

Xəbər lenti

Xəbər lenti