...

İran heç vaxt təslim olmayacaq – XİN rəsmisi

Dünya xəbərləri Materials 28 İyun 2025 11:41 (UTC +04:00)
İran heç vaxt təslim olmayacaq – XİN rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran sülhsevər olmaqla yanaşı, heç vaxt təslim olmayacaq.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda iranlı yüksək rütbəli hərbçilər və nüvə alimlərinin dəfn mərasimində yerli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün İran vətəndaşları bir daha dəfn mərasimində iştirakı ilə heç vaxt təslim olmayacağını bəyan edib.

Qeyd edək ki, İsrailin İrana 12 günlük hərbi hava hücumlarında öldürülən yüksək rütbəli zabitlər və nüvə alimlərinin dəfn mərasimi bu gün Tehranda keçirilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti