...

9200 ədəd xaş-xaş kolu məhv edildi

Hadisə Materials 27 İyun 2025 09:38 (UTC +04:00)
9200 ədəd xaş-xaş kolu məhv edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

9200 ədəd xaş-xaş kolu məhv edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki,Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti