...

Türkiyə İranın Hörmüz boğazını bağlamayacağına əmindir - Ərdoğan

Dünya xəbərləri Materials 26 İyun 2025 14:58 (UTC +04:00)
Türkiyə İranın Hörmüz boğazını bağlamayacağına əmindir - Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İranın Hörmüz boğazını bağlamayacağına əmindir.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.

“Hörmüz boğazının bağlanması böyük problem yaradacaq. Biz əminik ki, İran belə bir addım atmayacaq. Son gərginlik bir daha göstərdi ki, enerji təchizatının təhlükəsizliyi nə qədər önəmlidir”, – Ərdoğan NATO-nun Haaqa sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“İki gün əvvəl guya İranın Türkiyəyə qazı kəsdiyinə dair şayiələr yayılmışdı. Mən dərhal bu məsələni energetika nazirimlə müzakirə etdim, o da öz növbəsində iranlı həmkarı ilə əlaqə saxladı. Əslində belə bir vəziyyət yoxdur. Biz həmçinin, İran prezidenti Məsud Pezeşkiyanla da danışdıq. Ümumiyyətlə, İranın təbii qaz ixracını dayandıracağı bir vəziyyətin yaranacağını düşünmürük. Heç bir problemimiz yoxdur”, – Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə enerji daşıyıcılarının idxalını azaltmağa və daxili hasilatı artırmağa çalışır ki, energetika sahəsində tam müstəqil ölkəyə çevrilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti