Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 177,578 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 12,6 milyon manat və ya 7,6% çoxdur.
Eyni zamanda, hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 54,282 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 2,9 milyon manat və ya 5,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 719,353 milyon manat sığorta haqqı yığılıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 11,7% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk 5 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 314,788 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 milyon manat və ya 14,8% artım deməkdir.