...

Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib (FOTO)

Gündəm Materials 26 İyun 2025 12:13 (UTC +04:00)
Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib.

Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti