...

Alvaro Morata "Qalatasaray"dan ayrılır

İdman Materials 26 İyun 2025 07:40 (UTC +04:00)
Alvaro Morata "Qalatasaray"dan ayrılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspan hücumçu Alvaro Morata "Qalatasaray"dan ayrılmağa hazırlaşır.

Trend xəbər verir ki, təcrübəli forvard 2025/26 mövsümündə İtaliyanın A Seriyasında çıxış edəcək "Komo" klubu ilə razılığa gəlib.

Hazırda "Milan" və "Qalatasaray" klubları arasında futbolçunun transferinə dair danışıqlar davam edir. "Komo" rəhbərliyi tərəflər arasında razılığın əldə olunmasını gözləyir.

Qeyd edək ki, 32 yaşlı Morata bu ilin fevralında "Qalatasaray"a 1 illik icarə əsasında qoşulub. Onun İstanbul klubu ilə müqaviləsi 2026-cı ilin yanvarında başa çatır.

Xəbər lenti

Xəbər lenti