Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 719,353 milyon manat sığorta haqqı yığılıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 11,7% çoxdur.
Eyni zamanda 2025-ci ilin ilk 5 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 314,788 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 milyon manat və ya 14,8% artım deməkdir.