Bakı. Trend:
ABŞ zərbə endirməzdən əvvəl İranın nüvə obyektlərindən zənginləşdirilmiş uran çıxara bilməsi ilə bağlı heç bir kəşfiyyat məlumatına malik deyil.
Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit bildirib.
O qeyd edib: “Sizə deyə bilərəm ki, Birləşmiş Ştatlar zənginləşdirilmiş uranın zərbədən əvvəl köçürüldüyünə dair heç bir məlumata malik deyil. Şənbə gecəsi zərbələrin uğurlu olması səbəbindən bu məlumat dağıntılar altında qalıb.”