...

Fiziki və hüquqi şəxslər günəş panelindən istifadə üçün nə etməlidirlər?

Yaşıl iqtisadiyyat Materials 25 İyun 2025 14:55 (UTC +04:00)
Fiziki və hüquqi şəxslər günəş panelindən istifadə üçün nə etməlidirlər?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fiziki və hüquqi şəxslərin günəş panellərindən istifadə etməsi üçün müəyyən qaydalar və icazə tələbləri mövcuddur.

Bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.

Şöbə müdiri vurğulayıb ki, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”na əsasən, fiziki və hüquqi şəxslər özlərinə məxsus torpaq sahələrində və ya həmin torpaq sahəsinin üzərindəki tikilinin üzərində şəhərsalma və tikinti norma və qaydalarına riayət etməklə günəş panellərindən istifadə edə bilərlər.

“Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə uyğun olaraq gücü 150 kilovatdan aşağı elektrik enerjisinin istehsalına icazə tələb olunmur. Bu hal da vətəndaşların adi istehlakçıdan aktiv istehlakçıya çevrilməsində müsbət rol oynayır”, - deyə C.Əliyev əlavə edib.

Agentlik rəsmisi bildirib ki, son illərdə xüsusilə regionlarda günəş panellərinin istifadəsinə maraq artmaqdadır.

“Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə olan nəticələr təqdirəlayiqdir. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və aidiyyəti qurumların nümayəndələri tərəfindən mütəmadi olaraq ərazilərdə yerli əhali qrupu və ictimaiyyət üçün maarifləndirmə layihələri həyata keçirilməkdədir”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti