...

Azərbaycan təhsili Qərbi Azərbaycana da qayıdacaq - Firudin Qurbanov

Cəmiyyət Materials 25 İyun 2025 11:03 (UTC +04:00)
Azərbaycan təhsili Qərbi Azərbaycana da qayıdacaq - Firudin Qurbanov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycana qayıdışla bağlı gənclərdə lazımi bilik formalaşmalıdır.

Trend xəbər verir ki, bu fikirləri bu gün Dövlət Neft və Sənaye Universitetində keçirilən “Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forumda elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.

O qeyd edib ki, qısa zamanda Qərbi Azərbaycanla bağlı bütün həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb:

“Necə ki, Qarabağda quruculuq işləri gedir, təbii ki, Qərbi Azərbaycanda da quruculuq işləri görüləcək. Hazırda Qarabağda 14 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Artıq Qarabağ Universitetində mindən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində biz qələbə qazandıq, torpaqlarımız geri qayıtdı, quruculuq işləri başladı.

Bütün bunlar Qayıdış Konsepsiyamızı zəruri etdi. Biz xalq olaraq tarixdən dərs çıxarmalıyıq. Azərbaycan təhsili Qərbi Azərbaycana da qayıdacaq. Qərbi Azərbaycanda Azərbaycan dilində tədris aparılan 300 məktəb fəaliyyət göstərirdi. Bu gün çap olunan “Qərbi Azərbaycan məktəbləri” kitabında həmin dövrdə fəaliyyət göstərən on böyük məktəb haqqında maraqlı faktlar yer alır”.

O əlavə edib ki, hazırda Qərbi Azərbaycanda fəaliyyət göstərmiş müəllimlərlə bağlı da bir nəşr hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti