...

Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikinci günü keçirilib (FOTO)

İqtisadiyyat Materials 25 İyun 2025 10:03 (UTC +04:00)
Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikinci günü keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikinci günü keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və Visa-nın tərəfdaşlığı ilə baş tutub.

Ötən gün sərgi çərçivəsində Türk Dövlətləri Kredit Bürolarının platformasının yaradılması, eləcə də, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumunun imzalanması xüsusilə yaddaqalan hadisələrdən olmuşdu. Həmçinin, ötən gün əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləri üzrə mövzuların müzakirələrinə yönəlmişdi.

Sərginin ilk günündə olduğu kimi, bu gün də mövzular kifayət qədər zəngindir.

Belə ki, bu gün "Rəqəmsal maliyyənin təhlükəsizliyi: kibertəhlükəsizlik və dələduzluğun qarşısının alınması kəsişməsində innovasiyalar" mövzusunda müzakirələr aparılacaq. Müzakirələr Azərbaycan Mərkəzi Bankının (AMB), Bakı Fond Birjasının (BFB) rəsmiləri, eləcə də bir sıra yerli və xarici investisiya şirkətlərinin nümayəndələrinin çıxışları altında baş tutacaq.

Qeyd edək ki, ümumilikdə, tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak edir.

Əlavə edək ki, "FİNTEX SAMMİT" Bakıda hər il keçirilən iki əsas beynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isə Beynəlxalq Bankçılıq Forumudur.

Sərgi işini başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti