...

BTQ və MIR arasında əməkdaşlığa dair Memorandum imzalanıb (YENİLƏNİB) (FOTO)

Gündəm Materials 25 İyun 2025 12:03 (UTC +04:00)
BTQ və MIR arasında əməkdaşlığa dair Memorandum imzalanıb (YENİLƏNİB) (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR) və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

xxx

11:56

Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR) və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair Memorandum imzalanacaq.

Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

İcraçı direktor vurğulayıb ki, BTQ və Qvadelupda fəaliyyət göstərən siyasi partiya, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlıq mövcuddur.

A.Abbasov qeyd edib ki, bu gün Qvadelupun mədəniyyətini təbliğ edən məşhur musiqi qrupu Yaşıl Teatrda konset proqramı ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti