...

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə indiyədək hasilatın həcmi açıqlandı

Energetika Materials 12 Yanvar 2026 12:46 (UTC +04:00)
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə indiyədək hasilatın həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Eyni zamanda 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti