Bakı. Trend:
Samur-Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatı yaxşılaşdırılacaq və Ceyranbatan su anbarı dayanıqlı su ilə təmin ediləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2029-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, bərpa işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrası və Samur-Abşeron kanalının 30 kilometrlik hissəsinin və hidrotexniki qurğuların bərpasının yekunlaşdırılması planlaşdırılır.
