Bakı. Trend:
Yanvarın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi
yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 13-dən 14-nə keçən
gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı
ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşam
arabir güclənəcək.
Havanın temperaturu gecə 5 dərəcədən 7 dərəcəyədək, gündüz 7
dərəcədən 11 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə
sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq bəzi
yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının
intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtdan 4 dərəcəyədək, gündüz 8
dərəcədən13 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 4 dərəcəyədək
şaxta, gündüz 2 dərəcədən 7 dərəcəyədək olacaq.
