Bakı. Trend:
ABŞ İranda keçirilən etiraz aksiyaları fonunda İran əleyhinə kiberhücum həyata keçirmə imkanını nəzərdən keçirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ prezidenti Donald Trampa güc tətbiqi ilə bağlı variantlar təqdim olunub. Lakin ABŞ rəsmiləri Trampa belə addımlar atmaq üçün hələ tez olduğunu bildiriblər.
Qeyd edilir ki, Vaşinqton İrana qarşı "gizli kiber silah" tətbiq edə bilər, hədəf isə həm hərbi, həm də mülki obyektlər ola bilər.
Bundan əvvəl Tramp jurnalistlərə bildirib ki, ABŞ İranda baş verən hadisələrə hər hansı cavab tədbirini, o cümlədən güc tətbiqini ciddi şəkildə nəzərdən keçirir. ABŞ prezidenti daha əvvəl İrandakı iğtişaş iştirakçılarına "yardım göstərməyə hazır olduğunu" da demişdi.
