Bakı. Trend:
Mövcud tullantı su infrastrukturunun yenidən qurulması həyata keçirələcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2035-ci illərdə layihə-smeta sənədlərinin hazırlanması, tikinti layihələrinə ekspertiza rəyinin alınması və tikinti işlərinə başlanılması, tikinti işlərinin davam etdirilməsi və əsas obyektlərin tikintisi ilə bağlı işlərin 40–50 faizinin icrası və tullantı su infrastrukturunun genişləndirilməsi planlaşdırılır.
