...

Paytaxtın bu ərazisində işıq kəsiləcək- XƏBƏRDARLIQ

Cəmiyyət Materials 12 Yanvar 2026 09:21 (UTC +04:00)
Paytaxtın bu ərazisində işıq kəsiləcək- XƏBƏRDARLIQ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti